Fələstinlilər ABŞ vitse-prezidenti Pensin səfərinə etiraz ediblər 22 Yanvar 2018 02:00 Fələstin -- fələstinlilər ABŞ bayrağını yandırıb və... İordan çayının qərb sahilində yerləşən Beytullahimdəki Mehd (Şəfəq) kilsəsi həyətində toplaşan onlarla fələstinli ABŞ vitse-prezidenti Mayk Pensin bölgəyə səfərinə etiraz edib. Maide.Az bildirir ki, FaktXəbr-in məlumatına görə, fələstinlilər ABŞ bayrağını yandırıb və Pensin səfərini pisləyən plakatlar qaldırıb. Aksiyaya qatılan fəallardan Mazin əl-İzzə bildirib ki, bu mitinqlə Pensə Fələstin məsələsini ləğv etməyi hədəfləyən layihələrin uğurlu olmayacağı mesajını verirlər. Yaxın Şərq turuna ötən gün Misirdən başlayan Pens İordaniyadan sonra İsrailə getmişdi. Pensin 2 gün davam edəcək sionsit İsrail rejiminə səfəri çərçivəsində Knessettə çıxış etməsi və rejimin baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir. Pens səfər ərəfəsində etdiyi çıxışında, Qüdsün İsrailin paytaxtı olaraq qalması lazım olduğunu söyləmişdi. Fələstin rəhbərliyi Pensin səfərini ABŞ prezidenti Donald Trampın 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı verməsinə etiraz olaraq boykot qərarı çıxarmışdı. Teqlər : #Fələstinlilər ABŞ vitseprezidenti Pensin səfərinə etiraz ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Həmas`dan Ayətullah Xameneiyə təşəkkür məktubu `MOSSAD ən az 3 min nəfəri öldürüb` - İsrailli mütəxəssis
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar