Fələstinli alimlər İslam və ərəb ölkələrinə çağırış edib 15 May 2019 11:00 Fələstin Fələstin Alimlər Birliyi İslam və ərəb ölkələrini "Əsrin Müqaviləsi"nə qarşı Fələstin xalqına dəstək verməyə çağırıb. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, birlik sədri Mərvan Əbu Ras Qəzzada keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinin həlli üçün irəli sürdüyü "Əsrin Müqaviləsi" planının İsrailin lehinə Fələstin mübarizəsini ləğv etməyi qarşısına məqsəd qoyduğunu söyləyib. İslam və ərəb ölkələrini "Əsrin Müqaviləsi"nə qarşı Fələstin xalqına dəstək verməyə çağıran Əbu Ras "Tramp işğalçı İsrailin tərəfində olub Fələstin xalqının düşmənidir. Bu səbəbdən sülh üçün vasitəçi olmağa uyğun deyil", - deyib. Əbu Ras Qüdsün Fələstinin əbədi paytaxtı olacağını və Trampın Qüds qərarının bu həqiqəti dəyişdirməyəcəyini vurğulayaraq, ərəb və İslam ölkələrini Fələstin və Qüdsü qorumaq naminə məsuliyyətlərini üzərlərinə götürməyə çağırıb. Mediada "Əsrin Müqaviləsi" adı ilə tanınan ABŞ-ın hazırladığı Yaxın Şərq sülh planının detalları iyun ayında açıqlanacaq. Teqlər : #Fələstinli,#alimlər,#İslam,#və,#ərəb,#ölkələrinə,#çağırış,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki ayda 133 fələstinli uşaq İşğalçı İsrail rejim qüvvələri tərəfindən saxlanılıb İsrail rejimi qüvvələri Qəzzadakı milyonluq aksiyada 65 fələstinlini yaralayıb (FOTO)
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar