Fələstinlilər etiraz aksiyası keçirdilər

Fələstinlilər etiraz aksiyası keçirdilər

İsrail rejimi yaşayış məntəqələrini qanunsuz olaraq genişləndirmk siyasətini davam etdirir

Vifleemdə İsrail rejiminin  işğal olunmuş İordan çayının qərb sahillərində yaşayış məntəqələrini qanunsuz olaraq genişləndirmə siyasətinə qarşı aksiya keçirilib. 
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, nümayişçilər fələstinlilərdən müsadirə edilən Əl-Mahrur bölgəsindəki ərazilərə yürüş ediblər.
 
Etirazçılar qəsbkar sakinlərin ələ keçirdikləri torpaqlardan qovulmasını tələb edən şüarlar səsləndiriblər.
 
Fələstinli nümayişçilərdən biri Münzir Əmirin müxbirə verdiyi məlumata görə, mitinqin əsas məqsədi İsrail rejimini tərəfindən təcavüzə məruz qalan fələstinli fermerlərə dəstək nümayiş etdirmək idi.
 
Son dövrdə Benyamin Netanyahu hökuməti işğal altındakı olan İordan çayının qərb sahillərində və Şərqi Qüdsdə qanunsuz yəhudi yaşayış məskənlərinin inşasını sürətləndirib.
 
Ötən həftə, qanunsuz ərazilərdəki məktəblərdən birində tədbirdə çıxış edən Netanyahu öz seçki qabağı vədini - Qərb şəriyədəki bütün yaşayış məntəqələrini zəbt etmək təşəbbüsünü təkrarlayıb. 
 
1967-ci ildə Qərb sahilinin işğalından bəri İsrail bu ərazidə təxminən 250 yaşayış məntəqəsi inşa etmişdir. İsrail tərəfindən işğal edilmiş Şərqi Qüdsdə tikilmiş 18 qanunsuz yaşayış məntəqəsində təxminən 220 min, İordanın Qərb sahilində isə 400 min yəhudi qanunsuz olaraq məskunlaşdırılmışdır. Bu isə, İsrail işğalı altında əziyyət çəkən yerli fələstinlilərin vəziyyətini daha da çətinləşdirir. Beynəlxalq qanunlara görə, bütün yəhudi yaşayış məntəqələri qanunsuz sayılır.

Google+ WhatsApp ok.ru