Fələstində ABŞ və İsrail rejiminin əleyhinə nümayişlər keçirilir 28 Noyabr 2019 14:11 Fələstin Çərşənbə axşamı minlərlə fələstinli, ABŞ-ın, Fələstin ərazilərində qeyri-qanuni sionist yaşayış məntəqələrinin inşasının dəstəyinə etiraz olaraq, aksiya keçiriblər. Fələstinlilər keçirdiyi etirazlar aksiyaları zamanı ABŞ və sionist rejimin bayraqlarını yandırıblar. Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki, sionist rejimin yaraqlı qüvvələri nümayişçilərə hücum edərək ən azı 63 fələstinlini yaralayıb. Noyabrın 18-də ABŞ dövlət katibi Mayk Pompeo, sionist rejimi tərəfindən Fələstin ərazilərinin işğalını dəstəkləyərək, Fələstin ərazilərində sionist rejimi tərəfindən qeyri-qanunu olaraq salınan yaşayış məntəqələrinin artıq beynəlxalq qanunlara zidd olmadığını bildirmişdi. Pompeonun sözlərinə görə, Vaşinqton İsrail rejiminin İordan çayının qərb sahillərində apardığı tikinti işləriylə bağlı siyasətini dəyişib və məskunlaşmaların "özü-özlüyündə" beynəlxalq qanun pozuntusu olmadığını bildirib. Sionist rejim, beynəlxalq birliyin tələblərini nəzərə almadan və ABŞ-ın hərtərəfli dəstəyi ilə Fələstin ərazilərində qəsəbələr qurmağa davam edir. Beynəlxalq hüquqa uyğun olaraq, İsrail rejimi tərəfindən Fələstin ərazilərində tikilən yaşayış məntəqələrinin hamısı, qanunsuzdur. Teqlər : #Fələstində,#ABŞ,#və,#İsrail,#rejiminin,#əleyhinə,#nümayişlər,#keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi HRW nümayəndəsini deportasiya etdi İsrail Qəzza zolağına növbəti dəfə hücum etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar