Fələstində Trampın planına və İsrailə qarşı aksiyalar keçirilib, Ölən və yaralananlar var

Fələstində Trampın planına və İsrailə qarşı aksiyalar keçirilib, Ölən və yaralananlar var

İordan çayının qərb sahilinin müxtəlif şəhərləri ötən gün gecə saatlarına qədər Trampın planına və işğalçı İsrailə qarşı izdihamlı etirazların şahidi olub.
 
İşğalçı rejim l qüvvələrinin atəşi nəticəsində bir fələstinli şəhid olub.
 
Bu barədə Fələstinin Səhiyyə Nazirliyi bəyanat verib.
 
Aksiyalar əsasən əl-Xəlildə, Tulkərm və Ramallahda keçirilib.
 
Tulkərmdə bir fələstinli gənc İsrail qüvvələrinin atəşi nəticəsində həlak olub.
 
Bu şəhərlədə aksiyalardan sonrakı toqquşmalar və qarşıdurmalar zamanı onlarla fələstinlinin yaralandığı bildirilir.
 
Bildirək ki, ABŞ prezidenti Donald Trampın "əsrin sazişi" adlı Fələstin planının açıqlanmasından sonra bölgədə vəziyyət gərginləşib. /SalamNews 

Google+ WhatsApp ok.ru