Fələstin baş naziri: Fələstin mübarizəsi mal-mülk deyil, şərəf və azadlıq mübarizəsidir 05 İyun 2020 11:02 Fələstin Fələstin Nazirlər Kabinetindən verilən yazılı açıqlamaya görə, baş nazir Məhəmməd İştiyyə İngiltərə XİN rəhbəri Ceyms Kleverli ilə videokonfrans yolu ilə müzakirə aparıb. İsrailin Fələstinlə pul siyasəti aparmaq istədiyini bildriən İstiyyə, "vergi gəlirləri xalqımızın pulu və haqqımızdır. Milli və siyasi mövqeyimizin pulla əvəzlənməsinə imkan verməyəcəyik", - deyib. "Fələstin mübarizəsi mal-mülk deyil, hüquq, şərəf və azadlıq mübarizəsidir", - deyən İstiyyə, İngiltərəni Fələstin dövlətini tanımağa çağırıb. Kleverli isə İsrailin işğal edilmiş Qərb Sahilində qanunsuz yəhudi məskunlaşmalarının "ilhaq" planını rədd etdiklərini vurğulayaraq, ilhaqın iki dövlətli həll yolunu çətinləşdirəcəyini bildirib. "Fələstin hökumətinin İsrail ilə razılaşmalara və barışıqlara əməl etməməsi barədə qərarına görə, vergi gəlirləri almaqdan imtina edirik", - deyə dünən Fələstin Mülki İşlər Administrasiyasının rəhbəri Hüseyin Şeyx bildirib. Fələstin büdcəsinin 63 faizini təşkil edən vergi gəlirləri İsrail tərəfindən toplanır. İsrail elektrik enerjisi kimi xidmətlərə görə ayda 200 milyon dollara çatan Fələstinin vergi gəlirinin 40 milyon dollarını kəsir. /faktxeber Teqlər : #Fələstin,#baş,#naziri:,#Fələstin,#mübarizəsi,#malmülk,#deyil,#şərəf,#və,#azadlıq,#mübarizəsidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejimi Şeyx İkrimə Sabrini 4 ay Əl-Əqsa məscidindən uzaqlaşdırılmaq istəyir Fələstin mübarizə hərəkatının tanınmış lideri vəfat edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar