Faryabda humanitar faciə baş verir 12 Dekabr 2018 09:45 Dünya Taliban qruplaşması bir aydır 3 kəndi mühasirədə saxlayır, insanlar acından ölür Əfqanıstanın Faryab əyalətinin "Pəştunkut" regionunda minlərlə ailə kəskin qida çatışmamazlığı üzündən humanitar fəlakət və insani faicə ilə üz-üzədir. Maide.Az "İQNA"-a istinadla xəbər verir ki, bunu Əfqanıstanın Faryab əyalətinin şura rəisi Məhəmməd Tahir Rəhmani deyib. Onun sözlərinə görə, Taliban terror qruplaşması tərəfindən mühasirəsində olan bu insanlara ən tez zamanda qida məhsulları çatdırılmasa, regionda böyük insani faciə və fəlakət baş verəcək. Faryab əyalətinin "Pəştunkut" regionundan qaçqın düşmüş və xilas olmuş şahidlərin sözlərinə görə, bölgə uzun müddətdir ki, Taliban terrorçularının mühasirəsindədir. Bir neçə həftə öncə terrorçular bu rayona gedən bütün yolları bağlayıb. "Mühasirədə qalanlar arasında indiyədək bir uşaq, bir qadın və bir qoca kişi aclıqdan ölüb." Faryab əyalətinin qubernatoru Cavid Bidar bildirib ki, regiona iki yük maşını qida məhsulları göndərmişik. Təhlükəsizlik qüvvələri də hazırda yolların açılması istiqamətində əməliyyat həyata keçirməyə hazırlaşır. Qeyd edək ki, bu Faryab əyaləti artıq bir aydır ki, Taliban terror qruplaşmasının mühasirəsindədir. Taliban həmin ərazidə 500-600 nəfər əhalisi olan 3 kəndi mühasirədə saxlayır. Bölgə ağsaqqalları Talibanın başçıları ilə danışlqara başlayıb. Əgər bu danışıqlar nəticəsiz qalarsa, hərbi əməliyyatlar başlayacaq. Pəştunkut Əfqanıstanın şimal-qərbində yerləşən Faryab əyalətinin rayonlarından biridir. Burada yaşayanların əksəriyyəti özbəklər, taciklər, pəştun və digər tayfalardır. Teqlər : #Faryabda,#humanitar,#faciə,#baş,#verir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb İraqın sabiq baş naziri: ‘ABŞ İŞİD-in məhv edilməsinin tərəfdarı deyil’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO