Filipində zəlzələ: 2 ölü

Filipində zəlzələ: 2 ölü

Filippinin Leyt adasında baş verən 5 bal gücündə zəlzələdə iki nəfər həlak olub.
 
Maide.Az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Mərkəzinin (USGS) məlumatına görə, zəlzələ Leyt adasında yerləşən Talisayan ərazisindən 8 km şimalda yerin 10 kilometr dərinliyində baş verib. 
 
Yerli xəbərlərə görə Ormoc şəhərinin üst səviyyə təhlükəsizlik rəsmisi Elma Delos Santos, San Jose şəhərində 51 və 70 yaşlarında olan iki qadının həyatını itirdiyini bildirib.
 
Zəlzələdə 56 evə ziyan dəyib. 
 
Qeyd edək ki, 15 oktyabr 2013-cü ildə Filippində baş vermiş 7,2 bal gücündə zəlzələdə 144 adam ölmüşdür. /

Google+ WhatsApp ok.ru