Filippində həbsxanada qumbaranın partlaması nəticəsində on məhbus həlak olub 12 Avqust 2016 01:00 Dünya Filippində həbsxanada qumbaranın partlaması nəticəsində ən azı 10 məhbus həlak olub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, "Straits Times" qəzeti yazır ki, hadisə avqustun 11-də paytaxt Manilanın cənubunda yerləşən Paranak şəhərinin penitensiar müəssisəsində baş verib. İlkin məlumata görə, məhbuslar həbsxanadan qaçmaq üçün danışıqlar aparıblar. Bildirilir ki, insident yerində əvvəlcə atışma düşüb, sonra isə qumbara partlayıb. Səkkiz nəfər hadisə yerində, iki nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. Müstəntiqlər məhbusların odlu silahları necə əldə etdiklərini də aydınlaşdırırlar. Ölənlərin hamısı narkotiklərin qanunsuz dövriyyəsinə görə mühakimə olunmuş məhbusdur. Onlardan ikisinin kriminal dairələrdə məşhur olan Çin narkodilerləri olduğu bildirilir. / Teqlər : #Filippində həbsxanada qumbaranın partlaması nəticəsində on məhbus həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanda maaş ala bilməyən işçilər etiraz aksiyası keçirib – FOTO Tokioda 20-dən çox təyyarə sərnişinlərin yüklərini yerdə unudub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO