Filippindəki partlayışlara görə İŞİD məsuliyyəti üzərinə götürüb

Filippindəki partlayışlara görə İŞİD məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Filippində katolik kilsəsindəki partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
 
Maide.Az  xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, hadisə Holo adasının Sulu əyalətində baş verib. Partlayışlardan biri kilsənin girişində, digəri daxilində baş verib. Hadisə nəticəsində 27 nəfər həlak olub, 70 nəfər yaralanıb. Həlak olanların iyirmisi mülki vətəndaş, yeddisi əsgər olub.
 

Google+ WhatsApp ok.ru