Flippində məsciddə partlayış - Ölən və yaralananlar var

Flippində məsciddə partlayış - Ölən və yaralananlar var

Filippinin Mindanao adasında məscidə bombalı hücum olub.
 
Maide.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, partlayış nəticəsində ən az 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Hücumun hansı qruplaşma tərəfindən törədildiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.
 
Bütün yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat yoxdur.
 
Hadisənin digər təfərrüatları məlum deyil.
 
Qeyd edək ki, 27 yanvarda Filippinin Jolo bölgəsindəki katolik kilsəsinə bombalı hücum nəticəsində 27 nəfər ölmüş, 111 nəfər isə yaralanmışdı.

Google+ WhatsApp ok.ru