`Forbes` dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb 29 May 2017 01:00 Dünya Qlobal TOP-100 şirkətlərin məcmu dəyəri 2 trln. dollara çatır ABŞ-ın "Forbes" məşhur maliyyə-iqtisadi jurnalı "Dünyanın ən bahalı 100 şirkəti" araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb. "Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib. Jurnalın araşdırmasına görə, bu il qiymətini nisbi olaraq ən çox artıran markalar "Amazon", "Facebook" və "Starbucks", ən çox itirən isə "IBM", "HSBC" və "Caterpillar" olub. Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın "Apple" şirkətidir. İkinci sırada "Google" (101,8 mlrd. dollar), üçüncü sırada isə "Microsoft" (87 mlrd. dollar) yer alıb. Dördüncü sıraya yüksələn "Facebook"un qiyməti 73,5 mlrd. dollar, 5-ci sırada isə "Coca-Cola" (56,4 mlrd. dollar) qərarlaşıb. ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın "Toyota" şirkəti (41,1 mlrd. dollar) olub. Cənubi Koreyanın "Samsung" şirkəti (38,2 mlrd. dollar) isə 10-cu sırada yer alıb. / Teqlər : #`Forbes` dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MC-21 sərnişin təyyarəsinin ilk sınaq uçuşu baş tutub - VİDEO Bəhreyn rejimi Ayətullah İsa Qasimi Türkiyə və ya BƏƏ-yə sürgün etmək istəyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO