Fotokameralarını kənara qoyub, yaralıları daşıdılar

Fotokameralarını kənara qoyub, yaralıları daşıdılar

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda təxliyə avtobusları yaxınlığında törədilmiş terror ilə bağlı yeni görüntülər ortaya çıxıb.

 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərdə suriyalı müharibə foto-reportyoru Abd Alkader Habanın kamerasını kənara qoyub, yaralılara kömək etdiyi əks olunub. O, ağlaya-ağlaya uşaqları ambulanslara daşıyıb.

 

"Uşaqlar gözümün qarşısında ölürdü. Kameralarımızı buraxıb, həmkarlarımla köməyə qaçdıq. Orada yaşadıqlarımız sözlərlə təsvir edilə biləcək kimi deyil”, - deyə Haba bildirib.

 

Qeyd edək ki, hadisə nəticəsində 68 nəfərii uşaq olmaqla, 126 nəfər həlak olub.

 

 

 

Google+ WhatsApp ok.ru