Fransada fövqəladə vəziyyət rejimi iyulun 14-dək uzadılıb

Fransada fövqəladə vəziyyət rejimi iyulun 14-dək uzadılıb

Fransua Olland fövqəladə vəziyyət rejiminin ölkənin Milli bayramına qədər saxlanılacağını deyib
 
Fransada fövqəladə vəziyyət rejimi iyulun 14-dək uzadılıb.
 
"Report"un məlumatına görə, bu barədə "RFI" xəbər verib.
 
Məlumatda bildirilir ki, dövlət başçısı Fransua Olland fövqəladə vəziyyət rejiminin ölkənin Milli Bayramına qədər saxlanılacağını deyib. Prezidentin bu bəyanatı ədliyyə naziri Jan-Jak Urvoasın çıxışına cavabdır. 
 
Qeyd edək ki, nazir fövqəladə vəziyyət rejiminin ləğv edilməsinin vaxtının çatdığını bildirmişdi. Jan-Jak Urvoas iyunun ortalarında keçiriləcək parlament seçkilərindən sonra fövqəladə vəziyyət rejiminin ləğvini məqsədəuyğun hesab etdiyini vurğulamışdı.  
 
Lakin prezident «La Provence»yə müsahibəsində fövqəladə vəziyyət rejiminin vaxtından əvvəl – Bastiliya qalasının alınması gününə qədər ləğv olunmasını istisna edib.
 
Fransua Olland həmçinin bildirib ki, fövqəladə vəziyyət rejiminin həmin gündən sonra ləğv edilib-edilməyəcəyini yeni hökumət və parlament müəyyənləşdirəcək. /

Google+ WhatsApp ok.ru