Fransada müsəlman vəhşicəsinə öldürülüb

Fransada mərakeşli bir kişi vəhşicəsinə öldürülüb.
 
Maide.az-ın məlumatına görə, Fransanın cənub-şərqində yerləşən Voklüz şəhərinin Buset qəsəbəsində mərakeşli müsəlman qonşusu tərəfindən 17 bıçaq zərbəsi alaraq öldürülüb.
Cinayət zamanı öldürülən Muhamməd Əl Maquli adlı şəxsin 47 yaşında olduğu bildirilir. Cinayətkar  hadisəni ölən şəxsin mənzilinə zorla girərək , onun həyat yoldaşı və uşağının gözü qarşısında törədib.. Hadisəni törədən şəxsin cinayətdən əvvəl “mən sənin Allahınam, mən sənin islamınam” dediyini bildirir. 
 
Bəzi KİV-lər məlumatına görə,  cinayəti törədən  28 yaşlı cinayətkarın Psixi pozğunluğu olduğu iddia olunur və o həbs olunaraq  şizofren diaqnozu ilə psixi dispanserdə yatızdırılıb. /
 
 

Google+ WhatsApp ok.ru