Fransada müsəlmanlar təcrid olunur

Fransada müsəlmanlar təcrid olunur

-- keçən il əvvəlki ilə nisbətən islamofobiya hücumlarında 7,5% artım olduğu qeyd olunub

İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası Fransada müsəlmanların digər dinə mənsub insanlarla müqayisədə daha çox təcrid olunduğunu açıqlayıb.
 
Maide.Az "deyerler.org" - a istinadən  xəbər verir ki, Le Monde qəzeti komissiyanın cəmiyyətdə irqçi və ksenofobik baxışları qiymətləndirdiyi illik hesabatına əsaslanaraq, xəbər hazırlayıb.
 
Xəbərdə, İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyasının sədri Kristin Lazerges ölkədə İslama qarşı inamsızlığın olduğunu qeyd etdiyi bildirilib.
 
Xəbərdə islamofobiya hücumları haqqında məlumatlara da yer verilib və Mərkəzi Kəşfiyyat Xidmətinin keçən il 72 islamofobiya hücumunu qeydə aldığı vurğulanıb.
 
Bundan başqa, keçən il əvvəlki ilə nisbətən islamofobiya hücumlarında 7,5% artım olduğu qeyd olunub.
 
Komissiya sorğuda iştirak edən insanlara İslam barədə suallar verib. Sorğuda iştirak edənlərin 44%-i İslamın Fransanın kimliyi üçün bir təhlükə olduğunu və 61% iştirakçı hicabının cəmiyyətdə problem yaradacağını düşünür.
 
Hesabatda, Fransada müsəlmanların təcrid olmasının səbəbi kimi, dünyəviliyə və qadın haqlarına bağlılıq və ksenofobiya göstərilib. Deyerler.org
 

Google+ WhatsApp ok.ru