Fransada yenidən İslamafobiya hərəkətləri başlayıb

Fransanın cənubundakı Beziersdə məscidə gedən yolu göstərən lövhəyə svastika şəkli çəkilərək, İslami dəyərlərə təcavüz ediblər.
 
Maide.az-ın məlumatına görə, məscid yaxınlığında bir binanın divarına isə radikal sağçı Milli Cəbhə Partiyası (FN) ilə bağlı "Yaşasın FN, İslama yox" ifadələrinin yer aldığı şüarlar yazılıb.
 
Hadisəyə sərt reaksiya göstərən Daxili İşlər naziri Bernard Cazeneuve Twitter səhifəsindən yayımladığı mesajda, "Beziers məscidi yaxınlığındakı yazılar dözülməzdir. Bununla əlaqədar Herault İcra Hakimiyyətinə məsələni məhkəməyə çıxarmaları barədə sərəncam verdim" yazıb.

Google+ WhatsApp ok.ru