FTB ABŞ Konqresinin binasına hücumun qarşısını aldığını bildirib

Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) Ohayo ştatında Vaşinqtonda Konqresin binasına hücum planlaşdırması söylənən bir nəfəri həbs edib.
 
Məhkəmə sənədlərində deyilir ki, Christopher Cornell ABŞ hökumət qulluqçularını qətlə yetirmək istəyirmiş.
 
Bu şəxs FTB-nin diqqətini İŞİD kimi qruplara tvitter vasitəsilə dəstək bildirəndən sonra cəlb edib. O tvitterdə açdığı saxta hesabdan Raheel Mahrus Ubaydah adı ilə yazırmış.
 
Büro bildirib ki, bütün bu əməliyyat zamanı ictimaiyyət üçün təhlükə yaranmayıb.
 
Cornell ötən çərşənbə günü odlu silah aldıqdan az sonra həbs olunub.

Google+ WhatsApp ok.ru