Fua və Kəfərya şəhidləri Həzrət Zeynəbin (s.ə) hərəmində dəfn olundu – FOTO 27 Aprel 2017 01:00 Dünya Minlərlə Suriya xalqının iştirakı ilə Fua və Kəfəryanın məzlum şəhidlərinin dəfn mərasimi Dəməşqin yaxınlığında Həzrət Zeynəbin (s.ə) hərəmində təşkil olundu. Maide.İnfo xəbər verir ki, işğal olunmuş Raşidin bölgəsində təkfirçi terrorçuların dəhşətli cinayətində şəhid olmuş Fua və Kəfərya sakinləri bu gün Həzrət Zeynəbin (s.ə) hərəmində dəfn olundu. Qeyd edək ki, Suriya dövləti ilə terrorçular arasında gedən danışıqlarda əldə olunan razılığa görə, Suriya ordu qüvvələri Fua və Kəfəryadan 8000 nəfər yerli əhalininin təxliyəsi, bunun müqabilində əz-Zəbdani, Muzaya, Bəqin və əl-Cəlil qəsəbələrindən terrorçular və onların ailə üzvlərindən 3800 nəfər təxliyəsi nəzərdə tutulurdu. Bunun üçün Suriya dövləti Fua və Kəfərya qəsəbələrinə avtobusları ezam etdi. Əhalinin təxliyəsi zamanı isə çox dəhşətli terror aktı baş verdi. Terrorçular danışıqlara məhəl qoymadan Raşidin rayonu ərazisində təxliyə avtobuslarında 118 nəfərin ölümü və 130-dan çox inanın yaralanması ilə nəticələnən terror aktı həyata keçirdi. Bu terrorun qurbanlarının əksəriyyəti qadınlar və uşaqlar idi. (tasnim) / Teqlər : #Fua və Kəfərya şəhidləri Həzrət Zeynəbin (s.ə) hərəmində dəfn olundu – FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Səud Banqladeşdə vəhhabiliyi yaymaq məqsədi ilə 560 məscid tikir Macarıstanın baş naziri: `Soros milyonlarla avropalının həyatını məhv etdi`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO