Güclü istilər Bağdadda hərbi bazada partlayışa səbəb oldu 27 İyul 2020 12:28 Dünya İraqın paytaxtı Bağdadın cənubunda "Səqr" hərbi bazasında partlayış baş verib. Bu barədə İraq KİV-ləri məlumat yayıb. İraq Daxili İşlər Nazirliyi verdiyi açıqlamada, Bağdadın cənubundakı Federal Polis və "Həşd-Şabi" qüvvələrinə aid "Səqr" bazasında dünən gecə baş verən partlayışlar haqqında məlumat yayıb. Daxili işlər naziri Osman Qənimi bazasda baş verən partlayışların dəqiq səbəbini müəyyənləşdirmək üçün bir araşdırma komissiyası yaratmağı əmr edib. İraq Təhlükəsizlik İnformasiya Agentliyi də dünən gecə Bağdadın cənubundakı hərbi bazada meydana gələn partlayışlar haqqında açıqlama verib: "Hadisə yerinə gəldikdən sonra, yüksələn temperatur və uyğun olmayan saxlama səbəbiylə federal polis texnikası və silah anbarında partlayış müşahidə edilib. Bunu ehtiva etmək üçün mühəndislik və yanğınsöndürmə işləri aparılır və qüvvələr hələ də hadisə yerindədir". Qeyd edək ki, artıq bir neçə gündür ki, Bağdadda temperatur 50 dərəcəyədək yüksəlir. /eastnews.org/ Teqlər : #Güclü,#istilər,#Bağdadda,#hərbi,#bazada,#partlayışa,#səbəb,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ polisi aksiyada nümayişçini öldürdü İmam Rzanın (ə) hərəminin günbəzinə qara bayraq sancıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO