Günəş enerjisi ilə işləyən təyyarə dünya turuna başladı 10 Mart 2015 02:00 Dünya Dünya ətrafında uçuşa hazırlaşan günəş enerjisi ilə işləyən Solar Impulse-2 təyyarəsi Əbu Dabidən havaya qalxaraq ilk dünya səyahətinə başlayıb. Maide.az xəbər verir ki, tək oturacağa sahib təyyarənin 72 metr uzunluğundakı qanadı Boeing 747 təyyarəsinin qanadından uzun, ağırlığı isə təxminən bir avtomobilə bərabərdir. Sİ-2-nin 72 metr uzunluğundakı qanadlarına 17 mindən çox günəş batareyaları yerləşdirilib. Batareyalar 52 kilovat gücə qədər enerji hasil edir. Batareyalar həmçinin təyyarənin gecə işləməsi üçün dörd elektrikli mühərrikin qoşulu olduğu akkumulyatoru doldurur. Təyyarə iki alim Bertrand Pikkard və Andre Borşberq tərəfindən 12 il ərzində düzəldilib. Teqlər : #Günəş enerjisi ilə işləyən təyyarə dünya turuna başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulda tacikistanlı müxalifət liderinin qətlində şübhəli bilinən 3 nəfər həbs olunub Obama Tehrana məktub göndərən respublikaçı senatorları tənqid edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO