Gürcülər larinin ucuzlaşmasına görə mitinqə çıxdılar 25 Fevral 2015 02:00 Dünya Gürcüstanda milli valyuta, larinin kursunun kəskin ucuzlaşması üzündən hakimiyyətin istefası tələbi ilə aksiya keçirilib. Bu aksiya maliyyə naziri Nodar Xaduri və iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin biznes-sektorun nümayəndələri ilə görüşdükləri Tbilisi Marriot otelinin qarşısında olub, “Novosti Qruziya” xəbər verirb. Çərşənbə axşamı aksiya iştirakçıları Tbilisidə Rustavelli küçəsində yerləşən mehmanxananın girişində toplaşıblar, bu səbəbdən nazirlər binaya ehtiyat girişindən daxil olubar. Əlində üzərində “Sıravi larini xilas etmək”, “Nolar Xaduri” yazılan transparantlar olan aksiya iştirakçıları “Gedin! Larinin kuponlaşdırılmasını dayandırın” qışqırıblar. “Biz hakimiyyətin təcili istefasını, Nodar Xaduri və iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin vəzifələrindən getməsini tələb edirik. Hakimiyyət onsuz da ehtiyac içində olan milləti və ölkəni iqtisadi böhrana düçar etdi. Onlar mütləq istefa verməlidirlər, belə ki, rüşvətxor və heç nə etməyən hakimiyyət gürcü xalqının arzu və istəyi deyil”, - “Ədalətli nəsil” QHT-nin nümayəndəsi Qirşel Bartaya bildirib. Aksiyada bir neçə qeyri-hökumət təşkilatının, o cümlədən “Azad zona” və “Ədalətli nəsil” QHT-nin üzvləri iştirak edib. Aksiya keçirilən əraziyə patrul polisi gəlib. Teqlər : #Gürcülər larinin ucuzlaşmasına görə mitinqə çıxdılar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mogherini: `İran ilə nüvə razılaşmasına çox yaxınıq` ABŞ 24 il sonra Somaliyə səfir təyin etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO