Gürcü nazir əməkdaşlarına qısa ətək geyinməyi qadağan etdi

Cəzaların icraatı, Probasiya və hüquqi yardım naziri Georgi Mqebrişvili idarədə dərin dekolte, şəffaf köynək, qısa ətəkdə və çırıq şalvarda gəlməyin qadağan edildiyi əmr imzalayıb. 
 
Gürcüstanın cəzaların icraatı nazirinin müvafiq əmri dekabrın 22-dən qüvvəyə minib/ Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir.
 
“Əməkdaşa işə cırıq və ya açıq rəngli şalvarda, həddən artıq qısa ətəkdə və və ya paltarda (minimal uzunluq: dizdən 3-4 sm yuxarı), parlaq rəngli paltarda, dərin dekoltedə və ya şəffaf köynəkdə, açıq rəngli idman ayaqqabısında, eləcə də nazik ipli koftada gəlmək qadağandır”, - əmrdə deyilir.

Google+ WhatsApp ok.ru