Gürcüstan baş nazirinin istefaya gedəcəyi barədə məlumatlar yayılıb 23 Dekabr 2015 02:00 Dünya Gürcüstanda baş nazir İrakli Qaribaşvilinin istefaya gedəcəyi barədə məlumatlar yayılıb. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin mətbuat xidmətində bu xəbəri təsdiqləməsələr də, “Gürcü arzusu” fraksiyasının üzvü, deputat Georgi Volski İ. Qaribaşvilinin mümkün istefası ilə bağlı müzakirələrin aparıldığını təsdiq edib. “Bu məsələ müzakirə olunur. Lakin biz tələsik bəyanatlar verməməliyik”, - deyə o vurğulayıb. Bəzi mətbuat orqanları isə iddia edib ki, bu gün İ. Qaribaşvilinin özü brifinqdə istefa qərarını açıqlayacaq. Qeyd olunur ki, o bundan sonra "Gürcü arzusu" partiyasının seçki qərargahına rəhbərlik edəcək. Qeyd edək ki, 2016-cı ilin payızında Gürcüstanda parlament seçkiləri keçiriləcək. İ. Qaribaşvilinin istefasından sonra baş nazirin səlahiyyətlərinin müvəqqəti olaraq xarici işlər naziri Georgi Kvirikaşvilinin icra edəcəyi güman olunur. Gürcü mətbuatı G. Kvirikaşvilini “İvanişvilinin adamı” kimi təqdim edir. Teqlər : #Gürcüstan baş nazirinin istefaya gedəcəyi barədə məlumatlar yayılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Keniya müsəlmanları xristianları terrorçuların əlindən xilas etdi Bəhreynlilərin Nigeriya müsəlmanları ilə həmrəylik aksiyası – FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO