Gürcüstanda daha 10 məscid müsəlman icmasına təhvil verilib 06 Oktyabr 2017 01:00 Dünya Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi daha 10 məscidi Gürcüstan Müsəlmanları İdarəsinə (GMİ) təhvil verib. GMİ şeyxi Hacı Ramin İgidov APA-ya bildirib ki, həmin məscidlər Gürcüstanın qərbində yerləşir. “Bununla idarənin səlahiyyətində olan məscidlərin sayı 160-a çatıb. Şərqi və qərbi Gürcüstanda 11 məscidin qeydiyyat məsələsi ilə bağlı problem qalmaqdadır. Onların qeydiyyat sənədləri olmadığına görə, kommunal xidmətlərlə təminat məsələsində çətinliklərlə üzləşir. Həmin məscidlərin qeydiyyat məsələsinin də həll olunacağı gözlənilir”, - deyə o söyləyib. Qeyd edək ki, Gürcüstanda 320 məscid var. Teqlər : #Gürcüstanda daha 10 məscid müsəlman icmasına təhvil verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AŞ PA-nın müvəqqəti sədri məlum oldu İraq Kürdistanla sərhədləri bağlamaq üçün Türkiyə və İrana rəsmi müraciət edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO