Gürcüstanda seçkinin rəsmi nəticələri açıqlanıb

Gürcüstanda seçkinin rəsmi nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkilərinin ikinci turunun nəticələri elan olunub. Qalib hakim «Gürcü arzusu» Partiyasıdır. Onlar parlamentdə 150 yerdən 115-nə sahib olublar. Keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkatı27 yer, ultramillətçi Vətənpərvərlər Alyansı 5 yer tutub.
 
Səsvermənin ikinci turu oktyabrın 30-da baş tutub. Mərkəzi Seçki Komissiyası prosesin «sakit və ədalətli atmosferdə, heç bir qanun pozuntusu olmadan» keçirildiyini bildirib.
 
Ağ ev Gürcüstan seçicilərini təbrik edib. ATƏT isə Gürcüstanda həm seçicilərin, həm də namizədlərin hüquqlarına hörmət qoyulduğunu bildirib. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru