Gürcüstanın hakim və müxalifət partiyalarının sədrləri arasında dava olub

Gürcüstanın hakim və müxalifət partiyalarının sədrləri arasında dava olub

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze və müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya arasında fiziki qarşıdurma olub.
 
İnsident Tbilisidə Avropa İttifaqının ofisinin qarşısında baş verib.
 
Siyasətçilər bir-birlərini təhqir ediblər. İ.Kobaxidze müxalifətçini təxribatda ittiham edərək onu xuliqan adlandırıb.
 
Qeyd edək ki, “Gürcü Arzusu”nun sədri Aİ-nin ofisində Avropa ölkələrinin Gürcüstandakı səfirləri ilə görüşüb. /Report /
 

Google+ WhatsApp ok.ru