Gürcüstan prezidenti “erməni soyqırımı”na getmir 21 Aprel 2015 01:00 Dünya Gürcüstan prezidenti Georgi Marqvelaşvili 23-24 aprel tarixində İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək. Bu barədə İnterfaks məlumat yayıb. “Gürcüstan prezidentinin adına 23-24 aprel tarixində İrəvana səfər etməklə bağlı Ermənistan tərəfindən rəsmi dəvət daxil olub. Diplomatik kanallar vasitəsilə erməni həmkarlara bildirildi ki, məhz bu ərəfədə Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstana rəsmi səfərə gələcək və onu prezident Marqvelaşvili qarşılayacaq”, - Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tenqiz Pxaladze jurnalistlərə deyib. Müstəqil ekspertlərin fikrincə, Gürcüstan qonşu ölkələrlə münasibətləri korlamamaq üçün “erməni soyqırımı”nı tanımır.(oxu.az) Teqlər : #Gürcüstan prezidenti erməni soyqırımına getmir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Ukraynalı qaçqınların sayı 800 961 nəfərə çatıb Putin Qərbi tənqid atəşinə tutdu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO