HƏMAS 10 şəhid uşağın qisasını aldı 29 İyul 2014 01:00 Dünya Fələstinin HƏMAS təşkilatının hərbi qanadı olan İzzəddin əl-Qəssamın bir neçə saat öncə Qəzzanın şərqində həyata keçirdiyi əməliyyat nəticəsində 10 İsrail rejimi hərbçisi məhv edilib. Bu barədə Qəssam briqadasının yazılı açıqlamasında bildirilir: “Mücahidlərimiz Şücaiyyə məhəlləsi ilə sərhəddə İsrail ordusuna qarşı qəhrəmancasına bir əməliyyat həyata keçirdi və 10 İsrail hərbçisini məhv etdi. Mücahidlərimizin hamısı sağ-salamatdır”. Digər tərəfdən İsrail rejiminin ordu sözcüsü Peter Lerner “Tvitter” hesabında belə bir əməliyyatın olduğunu təsdiqləyib, İsrail hərbçilərinin pusuya salındığını da bildirib. O, sionist hərbçilərinin öldürülməsi barədə heç bir açıqlama verməyib. Bu arada HƏMAS artıq indiyə qədər İsrail rejiminin 92 hərbçisini məhv etdiyini bəyan edib. Bu saya, Fələstinin digər müqavimət qruplarının məhv etdiyi sionist hərbçilərinin sayı daxil deyil. Eyni zamanda HƏMAS-ın sözcüsü Əbu Zuhri bildirib ki, Şücaiyyənin şərqində həyata keçirilmiş əməliyyat uşaq parkında qətliam edilmiş uşaqların intiqamıdır. Eyni zamanda Əbu Zuhri İsrail rejiminin bütün şəhərlərinə raket zərbələrinin endirilməsinin davam etdiriləcəyini bəyan edib.deyereler Teqlər : #HƏMAS 10 şəhid uşağın qisasını aldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bayram günü Qəzzada 10 fələstinli uşaq şəhid oldu (foto) Roma Papası müsəlmanları Fitr bayramı münasibəti ilə təbrik edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO