Həccə getmək istəyənlər üçün yeni qaydalar 30 İyul 2014 01:00 Dünya Bu il Səudiyyə Ərəbistanına gedəcək müsəlmanlar yeni prosedurlardan keçəcək. Maide.az-ın məlumatına görə, son iki dəyişiklikdən sonra hacı olmaq istəyənlərdən səyahət etmək üçün sağlamlıq haqqında sənəd və barmaq izi istəniləcək. Bu tələblər Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülüb. Türkiyə Dəyanət işləri türk islam birliyinin Həcc və ümrə üzrə məsul şəxsi Əli Özdəmir bu barədə məlumat verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu il təşkilatçılara bir sıra dəyişikliklər olması barədə məlumat verib. "Bunlardan biri zəvvarların həkimdən xüsusi sağlamlıq kağızı almaları ilə bağlıdır. İkinci dəyişikliyə görə, Avropadan səyahətə gələnlərdən barmaq izi alınacaq. Bu həlilik tam dəqiqiləşməyib. Qarşıdakı günlərdə dəqiq məlumat veriləcək". Bu prosedur ilk dəfə tətbiq olunacaq. Yeni dəyişikliklər müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə edilib. Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar xidmət vasitəsi ilə mümkün olacaq. Anspress / Teqlər : #Həccə getmək istəyənlər üçün yeni qaydalar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da İsrail rejiminə etiraz edən yəhudi həbs edildi `Bizə bayram yox, burada həyat çox acıdır`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO