Həmas: Hökumətin qarşısında hələ bir fürsət var

Həmas spikeri Əbu Zuhri milli barışıq hökumətinin Qəzza xalqına qarşı vəzifəsini yerinə yetirməsi üçün hələ bir fürsət olduğunu bildirib.
 
Maide.az-ın məlumatına görə, Həmas spikeri milli barışıq hökumətini Qəzzadakı vəzifəsini tam olaraq yerinə yetirməməkdə və oradakı nazirlik şöbələriylə ünsiyyət yaratmamaqda günahlandırıb.
 
Qeyd edək ki, Fələstində Həmas və Fəth arasında 23 apreldə əldə edilən milli barışıq çərçivəsində 2 iyunda Rami əl-Hamdallah baş nazirliyi ilə koalisiya hökuməti qurulmuşdu.

Google+ WhatsApp ok.ru