HƏMAS: Gələcək döyüşümüz Məscidi Əqsanı müdafiə etmək olacaq

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi liderlərindən və Fələstin Parlamenti üzvlərindən Muşir əl-Misri Fələstin müqavimətinin bundan sonra döyüşünü Nakabin, Macdəlin və işğal altındakı bütün torpaqların təpələrinə daşıyacağını bildirib.
 
Maide.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarına mənsub Abdullah əl-Minavi və Məhəmməd Əbu Dalfa adlı şəhidlərin xatirəsinə təşkil edilən mərasimdə çıxış edən Muşir əl-Misri, ''Məğlub olmuş "Yarpaq" döyüşü müqavimətdə və yəhudilərin çirkin üzlərinin ortaya çıxmasında yeni bir dövrə qədəm qoyulmasını təmin etdi. Ondan sonra yəhudilər müqəddəs Məscidi Əqsaya tez-tez girməyə başladılar. Ancaq bundan sonrakı döyüş Məscidi Əqsanı müdafiə etmək döyüşü olacaq. Bu səbəbdən gələcək döyüşümüz Məscidi Əqsanın qapısınba daşınacaq", - deyib.

Google+ WhatsApp ok.ru