Həmid Karzay: `ABŞ-ın terrorizmlə mübarizəsi şoudur`

Əfqanıstanın keçmiş prezidenti terrorizmlə ABŞ-ın müharibəsini "şou" adlandırıb.
 
Maide.az xəbər verir ki, Əfqanıstanın keçmiş prezidenti Həmid Karzay belə deyib: "Terrorizmlə aparılan mübarizə sadəcə şoudur. ABŞ Kabulla aparılan təhlükəsizlik danışıqlarından və Əfqanıstanda baza yaradılması üçün ikitərəfli müqavilənin imzalanmasından sonra bildirdi ki, artıq "Taliban" qruplaşması Vaşinqtonun düşməni deyil."
 
Həmid Karzay Pakistanı və ABŞ-ı Əfqanıstanda minlərlə insanın ölümünə səbəb olan müharibənin əsas amili adlandırıb.
 
O vurğulayıb: "Əfqanıstanın bəzi rayonlarında terrorizmlə və ekstremizmlə mübarizədə strateji maraqlar mövcuddur. Əfqanlar yalnız bütün ciddiliklə bu yöndə hərəkət etmədilər, həm də bu yolda öz həyatını verdilər.

Google+ WhatsApp ok.ru