Hərbi çevrilişə cəhd `Türk Hava Yollar`ına 40 mln. dollar zərər vurub

Hərbi çevrilişə cəhd `Türk Hava Yollar`ına 40 mln. dollar zərər vurub

 
Bu ilin iyunun 28-də Türkiyədə terror hadisəsi və iyulun 15-də hərbi çevrilişə cəhdin Türk Hava Yollarına (THY) vurduğu zərərin həcmi açıqlanıb.
 
 "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, THY-nin İdarə Heyətinin sədri İlker Aycı deyib ki, hərbi çevrilişə cəhd THY-yə 40 mln. dollar məbləğində zərər vurub.
 
Onun sözlərinə görə, hərbi çevrilişə cəhdlə əlaqədar şirkətin əlavə xərcləri yaranıb: "İyunun 28-də terror hadisəsi və iyulun 15-də hərbi çevrilişə cəhddən sonra biletləri qeyd-şərtsiz dəyişdirəcəyimizi dedik. Bu iki hadisədən sonra biletlərin dəyişilməsi üçün 40 milyon dollar xərc çəkilib". (apa) /

Google+ WhatsApp ok.ru