Hər altı amerikalıdan biri bir psixi pozğunluqdan əziyyət çəkir

Hər altı amerikalıdan biri bir psixi pozğunluqdan əziyyət çəkir

ABŞ-da “məişət narkomaniyası” geniş yayılıb
 
Hər altı amerikalıdan biri bir psixi pozğunluqdan əziyyət çəkir.
Artıq Amerikada depressiyadan və psixi pozğunluqdan əziyyət çəkənlərin sayı günbəgün artır. Keçən il Nobel mükafatı laureatı Anqus Diton Amerikada baş alıb gedən " Məişət narkomaniyası" adlı araşdırma çap etdirmişdi. Bu araşdırmada həkimlər və adi vətəndaşlar arasında sürətli yayılan ağrıkəsici və keyləşdirici dərmanların istifadəsindən  bəhs olunub. Hətta bu halların Amerikada ölüm hallarını şiddətləndirdiyi bildirilib. 
 
Daha sonra Pensilvaniya universiteti bu istiqamətdə araşdırma aparıb və məlum olub ki, 1996-cı ildən bəri adi opium tərkibli ağrıkəsicilərdən tutmuş, antidepressanlar belə insanları öldürməyə kifayət edib. 
 
ABŞ -da Aleksandriya universitetinin mütəxəssisləri müəyyən ediblər ki, artıq  əhali arasında kütləvi formada belə psixatrop dərmanların qəbulu şiddətlənib. 2013-cü ildən bəri aparılan statistika 16 yaşını keçmiş hər bir ABŞ vətəndaşının belə dərmanları həkimlərə yazdırmasını sübut edib. Lakin alimlər hesab edirlər ki, statistika hələ doğru rəqəmləri göstərmir. Ola bilsin ki, bu rəqəm daha yüksəkdir. 
 
Ən maraqlısı budur ki, bu tip dərmanların istifadəsi orta və daha yaşlı insanlar arasında  geniş yayılıb. (islaminsesi) /

Google+ WhatsApp ok.ru