Həsən Ruhani növbəti prezident seçkilərinə namizədliyini irəli sürüb

Həsən Ruhani növbəti prezident seçkilərinə namizədliyini irəli sürüb

İran Prezidenti Həsən Ruhani İranda may ayında keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. 
 
Maide.Az xəbər verir ki, H.Ruhani yenidən namizədliyini İslam və İranın azadlığı və inkişafı üçün irəli sürdüyünü deyib.  “Bu gün İranın regionda və Yaxın Şərqdə misilsiz sabitliyi var.  Hərtərəfli Birgə Fəaliyyət Planının icrası və qorunub saxlanılması  mənim gələcək hökumətimin ən önəmli proqramlarındadır”. 
 

Google+ WhatsApp ok.ru