HƏMAS: Blokada və işğal olduğu müddətcə bölgədə sabitlik təmin oluna bilməz

HƏMAS: Blokada və işğal olduğu müddətcə bölgədə sabitlik təmin oluna bilməz

İslami Müqavimət Hərəkatı (HƏMAS) liderlərindən Xəlil əl-Hayyə İsrail rejiminin atəşkəs müqaviləsinə nə dərəcədə əməl etdiyini müqavimətin gündəlik olaraq təqib edib qiymətləndirdiyini söyləyib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, əl-Hayyə blokada və işğal mövcud olduğu müddətcə bölgədə sabitliyin təmin edilə bilinməyəcəyini vurğulayıb.
 
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi son hücumların bir sıra addımından sonra gəldiyini bildirən əl-Hayyə sözügedən addımların birincisinin Misirin vasitəçiliyilə əldə olunan razılaşmaya riayət etməmək olduğunu diqqətə çatdırıb.
 
İsrail qüvvələrinin müqaviləyə əməl etmədiyini və "Böyük Qayıdış Yürüşü" nümayişlərinə atəş açdığını qeyd edən əl-Hayyə bu vəziyyətin müqaviməti cavab tədbirləri görməyə sövq etdiyini deyib.
 
Fələstin müqavimətinin İsrail qüvvələrinin hücumlarına cavab verdiyini bildirən əl-Hayyə müqavimət silahının heç bir şəkildə müzakirə mövzusu olmadığını və olmayacağını qeyd edib.
 
Əl-Hayyə "Böyük Qayıdış Yürüşü"nün qruplar arasında yaxınlaşmaya və birgə əməliyyat palatasının ortaya çıxmasına yol açdığını açıqlayıb.
 
HƏMAS lideri müqavimətin cavab tədbirləriləri 40 kilometr məsafəyə çatanda İsrail rəhbərliyinin vasitəçilərlə atəşkəs tələb etməyə başladığını bildirib.

Google+ WhatsApp ok.ru