Həzrət İmam Həsənin (ə) mübarək mövludu Almaniya və İsveçdə

Həzrət İmam Həsənin (ə) mübarək mövludu Almaniya və İsveçdə

İmamət və vilayət səmasının ikinci parlaq ulduzu Həzrət İmam Həsənin (ə) mübarək mövludu münasibəti ilə ötən gecə Almaniya və İsveçdə bayram tədbiri keçirilib.


Maide.Az İQNA-a istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlin şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzində  yerli vaxtla saat 19:00-da  keçirilən tədbir zamanı ilk öncə camaat namazı  qılınıb  və iftar süfrəsi açılıb.

Mərasimin davamında Quran tilavə edilib, İftitah duası oxunub, şer və mövludnamələr deyilib və "Hamburg İslam Mərkəzi"nin müdiri Höccətul-İslam vəl-müslimin Məhəmməd Hadi Müfəttih çıxış edib.

 İmam Həsənin (ə) mübarək mövludu münasibəti ilə İsveçin paytaxtı Stokholumun İmam Əli (ə) İslam Mərkəzində də bayram mərasimi keçirilib.

Axşam saatlarında İslam Mərkəzinin müsəllasında keçirilən mərasimdə camaat namazı və iftardan sonra İftitah duası oxunub, mövludnamə və mədhiyyələr deyilib və xətib çıxış edib.  


Google+ WhatsApp ok.ru