Həmasın İsrail rejiminin yardım şərtinə cavabı 03 Aprel 2020 16:22 Fələstin Həmasın Qəzza rəhbəri Yahya Əs-Sinvar İsrail rejiminin müharibə naziri Naftali Bennettin Həmasın əlindəki sionist əsgərlərin cənazələrinin təhvil verilməsi şərti ilə Qəzzaya tibbi yardım göstəriləcəyi şərtinə cavab verib. Maide.Az "Fələstin İnformasiya Mərkəzinə" istinadla xəbər verir ki, O, "tibbi avadanlıqlar və tənəffüs cihazları Qəzzaya göndərilməsə, 6 milyon israillinin nəfəs ala bilməyəcəyi bir şey edərik və hüquqlarımızı zor gücündən istifadə edərək alacağıq", - deyə bildirib. Sionist rejim zindanlarında əsir saxlanılan fələstinlilərin vəziyyətinin Həmas və Qəssam Briqadasının prioritetlərindən biri olduğunu deyən Əs-Sinvar belə davam edib: "Bəzi vasitəçilərin fikrincə, sionist rejimdəki siyasi böhran və yeni hökumətin uğursuz olması səbəbindən məhbus mübadiləsi dayandırılır. Vasitəçilərə dedik: Şalit razılaşmasından sonra sionist İsrail tərəfindən həbs olunan fələstinlilər azadlığa çıxana qədər məhbus məsələsini müzakirə etməyəcəyik. Qəssam Briqadası sionist rejim zindanlarında əsir düşən fələstinlilərin koronavirusa tutulmasını diqqətlə izləyir." Teqlər : #Həmasın,#İsrail,#rejiminin,#yardım,#şərtinə,#cavabı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim polisi Fələstinin Qüds məsələləri üzrə nazirini saxlayıb 'Dünya Qəzzadan gələn fəryadların qarşısında sakit qala bilməz'
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar