Həşduş Şəbi Səudiyyə rejimindən gələn terroçuların qarşısını almaq bənd tikir

Həşduş Şəbi Səudiyyə rejimindən gələn terroçuların qarşısını almaq bənd tikir

İraqın Xalq Səfərbərlik (Əl-Həşduş Şəbi) qüvvələri İraqla Səudiyyə rejimi arasındakı 120 kilometrlik sərhəddə terror qruplarının təsirinə və bir-biri ilə əlaqələrinə qarşı Qərbi İraqın təhlükəsizliyini təmin etmək üçün bənd inşa edir.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, Əl-Həşduş Şəbi təhlükəsizliyi gücləndirmək və İraqın qərbindəki təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün Səudiyyə-İraq sərhədi boyunca bir bənd və xəndək inşa etməyə başladığını elan edib.
 
Bağdad Əl-Youm xəbər saytının verdiyi məlumata görə, təşkilat açıqlamasında bunları qeyd edib: “26-cı Əl-Həşduş Şəbi briqadasının qüvvələri, sərhəd boyunca Ərar sərhəd-buraxılış məntəqəsindən başlayaraq Kərbəla vilayətinin Əl-Nəhib sərhəd bölgəsinə qədər davam edən bənd və xəndək qurdular.
 
Təhlükəsizlik istehkamlarını artırmaq və hər hansı təhlükəsizlik pozuntusunun baş verməməsi üçün qurulmuş iş planına əsasən, bu bəndin tətbiq planı həyata keçirilmişdir və digər addımlar da atılacaq.
 
Bu bənd terrorçuların İraqın mərkəzi və cənub Səhrası ilə ehtimal olunan əlaqəsini, Qərbi Səhradakı terror qruplaşmalarının keçməsini və terror qrupları arasında əlaqəni kəsməyi hədəfləyən 26-cı Əl-Haşd Əl-Şabi briqadası tərəfindən yaradılan strateji tədbirlərdən biridir”.
 
Əl-Həşduş Şəbi bəndin İraqda yaradılacaq təhlükəsizlik maneələrindən biri olduğunu və ölkənin ərazisinin üçdə biri olan geniş İraq səhrasının təhlükəsizliyinə töhfə verəcəyini vurğulayıb.
 
Bəndin uzunluğu 120 km, hündürlüyü 3 metr, dibinin eni 4 metr, xəndəyin dərinliyi 1.3 metrdir. İndiyə qədər 15 kilometrdən çox olduğu təxmin edilən layihənin 10%-i başa çatıb.
 

Google+ WhatsApp ok.ru