Hakan Şükürün məhkəməsi başladı

Hakan Şükürün məhkəməsi başladı

Türkiyə futbolunun əfsanələrindən biri hesab edilən Hakan Şükürün məhkəməsi başlanıb.
 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan eks-futbolçu və millət vəkili Hakan Şükürü prosesdə vəkili təmsil edir. Hakimin qərarına əsasən, onun ABŞ-da yaşamasına görə daimi yaşayış yerinin cinayət işinə əlavə edilməsi və onunla ünsiyyət qurulması üçün məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Xatırladaq ki, H. Şükür sosial mediada etdiyi bir paylaşımda prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə günahlandırılır. Ona 1 ildən 4 ilə qədər həbs cəzası verilməsi tələb olunur. /

Google+ WhatsApp ok.ru