Hamburqda nümayişçilərlə polis arasında toqquşma: yaralananlar var -FOTO

Hamburqda nümayişçilərlə polis arasında toqquşma: yaralananlar var -FOTO

Almaniyan Hamburq şəhərində minlərlə insan G20 sammitinin keçirilməsinə etiraz əlaməti olaraq nümayişlər keçirib. Polis nümayişçiləri dağıtmaq üçün güc tətbiq edib. 
 
Madie.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, G20 ölkələrin sammiti 7-8 iyul tarixində  Hamburq şəhərində keçiriləcək.Sammitdə beynəlxalq ticarət, inkişaf, məşğulluq, səhiyyə, iqlim dəyişikliyi, terrorla mübarizə və qaçqın böhranı kimi məsələlər müzakirə ediləcək. Avropanın müxtəlif ölkələrindən 100 min nəfərin  qoşulduğu etiraz aksiyasını dağıtmaq üçün polis  gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.  
 
Polis və etirazçılar arasında toqquşma bir qrup qara geyimli etirazçının polisə daş və butulka atmasının ardınca başlayıb. 
 
Polis etirazçılardan bir neçə nəfəri həbs edib. Xeyli sayda  nümayişçi yaralanıb.  Polis toqquşmalar zamanı 76 polisin yaralandığını bildirib.  
Etirazçılar   “Böyük iyirmilik” ölkələrinin dünyadakı mövcud problemlərin həlli üçün çıxış yolu tapa bilmədiklərini və dünyada sülhü təhlükəyə atdıqlarını bildirir. Keçirilən etiraz aksiyasında  etirazçılar “Cəhənnəmə xoş gəlmisiz” şüarı seçilib. 
 
 
 

Google+ WhatsApp ok.ru