Harvard Universiteti  İslami hüququ öyrənmək üçün tələbələrə təqaüd verəcək

Harvard Universiteti İslami hüququ öyrənmək üçün tələbələrə təqaüd verəcək

Harvard Universitetinin Hüquq fakültəsi yeni təhsil ilində İslam hüququ tədqiqatı üzrə tələbələrə təqaüd verəcək.  
 
Maide.Az "breitbart"a istinadən xəbər verir ki, ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri olan Harvard Universiteti elan edib ki, 2017-2018-ci il təhsil ilində Amerikada İslam haqqında siyasi və ictimai dialoq yaratmaq və eləcədə, İslam hüququ sahəsində alimlərin yetişdirilməsi məqsədi ilə belə bir addım atır. 
 
Tələbələr hər ay 5 min dollar təqaüd alacaqlar və İslam hüququnun siyasi cəhətləri sahəsində araşdırmalar aparacaq. 
 
Araşdırmalar qısa metrajlı sənədli film, siyasi məhkəmə çəkişmələri və məqalələr formasında olacaq.  
 

Google+ WhatsApp ok.ru