HESABAT: İsrail rejimi yanvarda yerli əhaliyə məxsus 40 binanı söküb 14 Fevral 2019 12:43 Fələstin Bu ilin yanvar ayında işğalçı İsrail rejim qüvvələri fələstinlilərə məxsus 40 tikilini dağıdıb, yaxud müsadirə edilib. Bu da 2018-ci ildəki söküntülər üzrə aylıq ortalamaya uyğundur. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) yaydığı yeni hesabatda deyilir. Bildirilib ki, yanvar ayındakı söküntü işləri nəticəsində 44 insan evsiz-eşiksiz qalıb, 200 nəfər bundan zərər çəkib. Hesabata əsasən dağıntı işlərindən biri cəza məqsədilə törədilib, digərləri isə tikinti icazəsinin olmaması bəhanə kimi göstərilərək həyata keçirilib. Tikinti üçün İsrail hökumətindən icazə almaq isə fələstinlilər üçün demək olar ki, mümkünsüzdür. Söküntü işlərinin 70 faizi C zonasında yerləşən 11 məntəqədə baş tutub. Bu zona tamamilə İsrailin hərbi nəzarəti altındadır. İşğalçı rejim, həmçinin yanvar ayında Yətta qəsəbəsində bir yaşayış binasını partlayıcı qurğular yerləşdirərək havaya uçurub. A zonasında partlayışla törədilmiş dağıntı işi fələstinli müqavimətçi fəallara qarşı cəza məqsədilə həyata keçirilib. Qeyd edək ki, A zonası tamamilə Fələstin Milli Hökumətinin nəzarətindədir. Teqlər : #HESABAT:,#İsrail,#rejimi,#yanvarda,#yerli,#əhaliyə,#məxsus,#binanı,#söküb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrailin Qəzzada yaraladığı daha bir yeniyetmə vəfat edib İsrail ordusu Qəzzada cümə yürüşündə 20 fələstinlini yaralayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar