İHH liderindən şok açıqlama: İsrail Mavi Marmara şəhidlərinin ailələrinə bir qəpik belə təzminat ödəmədi

İHH liderindən şok açıqlama: İsrail Mavi Marmara şəhidlərinin ailələrinə bir qəpik belə təzminat ödəmədi

İHH liderindən şok açıqlama: İsrail Mavi Marmara şəhidlərinin ailələrinə bir qəpik belə təzminat ödəmədi
 
Bu gün İstanbulun Taksim meydanında İHH üzvləri və Mavi Marmara şəhidlərinin yaxınları aksiya keçiriblər
 
Mavi Marmara qətliamının 7-ci ili münasibətilə "Azad Qüdsə doğru" şüarı ilə Taksimdə aksiya keçirən İHH-nın sədri mətbuat üçün şok açıqlamalar verib.
 
Belə ki, hökümətin İsrailin Mavi Marmara şəhidlərinə 20 milyon dollar təzminat verməsilə bağlı təbliğatları bu açıqlamalarla sual altına gedib.
 
İHH sədrinin ilk açıqlaması isə Ərdoğanın Mavi Marmara şəhidlərinə "manyak" deyən xüsusi yazı işləri müdiri Cem Küçükə qarşı olub.
 
O "Bu yürüşü Mavi Maramara şəhidlərinə manyak deyənlərdə izləyir. Sən şəhidləri təhqir edəcək qədər əxlaqsızsanmış. Bu kiçik adamların toplumumuzun dəyərlərini təhqir etməsinə əsla izin verilməməlidir.", -deyə bildirib.
 
İsrail əleyhinə səsləndiriln şüarlardan sonra İHH lideri media üçün açıqlanmayan bir məlumatı açıqlayıb.
 
Bülent Yıldırım "Qardaşlarım, hamınıza vəsiyyətimdir: İsraillə masaya oturan ac qalxar. Bağlanan məhkəmə şikayətlərimizin yenidən baxılması lazımdır. İsrail məsulları uşaq qatilliyinə görə dəmir barmaqlıqlar arxasına girməlidirlər. Hanı deyirlər ki, İsrail 20 milyon dollar göndərdi. Hər kəs şəhid uşaqlarının yanına gəlir. Hələ bir kuruş (qəpik) belə verilməyib. Mavi Marmaradakı şəhid ailələrimiz, kəndi yaxınlarını unutdular və bu qatillər mütləq zindana girməlidirlər deyirlər", - deyə qeyd edib. (islamazeri) /
 

Google+ WhatsApp ok.ru