Hindistanda 13 nəfər ildırım vurması nəticəsində ölüb

Hindistanda 13 nəfər ildırım vurması nəticəsində ölüb

-- İki nəfərin ağır vəziyyətdə olduğu qeyd edilir.

Aprelin 30-na keçən gecə Hindistanda Qərbi Benqal bölgəsinin müxtəlif rayonlarında ildırım vurması nəticəsində azı 13 nəfər ölüb, 25-dən artıq insan xəsarət alıb.
 
Maide.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli Təbii Fəlakətlərlə Mübarizə Dövlət İdarəsinin yüksəkvəzifəli nümayəndəsinə istinadən "Hindustan Times" məlumat yayıb.
 
"Onların əksəriyyəti evdə olmayıblar və ildırım vuran zaman öz sahələrində işləyiblər", - deyə o bildirib.
 
İki nəfərin ağır vəziyyətdə olduğu qeyd edilir.

Google+ WhatsApp ok.ru