Hindistanda çökən binanın dağıntıları altından 60 nəfər xilas edildi

Hindistanda çökən binanın dağıntıları altından 60 nəfər xilas edildi

Hindistanın Maharaştra əyalətində çökən beşmərtəbəli yaşayış binasının dağıntıları altından təxminən 60 nəfər xilas edilib.
 
Bu barədə çərşənbə axşamı NDTV telekanalı məlumat yayıb.
 
Bildirilir ki, 15 nəfər yaralanıb və xəsarət alıb, ən az bir nəfər ölüb. Hadisə yerində xilasetmə işləri davam edir. Məlumata görə daha 25 nəfər dağıntılar altında qala bilər.
 
Daha əvvəl ANI xəbər agentliyi Mumbay metropolisindən 200 km məsafədə olan Raiqad bölgəsində çökən binanın dağıntıları altından 200 nəfərin ola biləcəyini bildirib.
 
İilkin məlumatlara görə, çökmələrin səbəbi avqust ayında ştatda yağan güclü musson yağışları olub. /Trend
 

Google+ WhatsApp ok.ru