Hindistanda Ümumdünya Halal Konqresi keçirilib

Ümumdünya Halal Konqresi  01-02 oktyabrda Hindistanda baş tutub. Maide.az xəbər verir ki, Hindistanın “Puduçerri” şəhərində keçirilən iki günlük forumda yeni yaranmış qlobal tendensiya olaraq halal biznesin, sənayenin və turizmin müxtəlif aspektləri müzakirə edilib.

Forumda Orta Şərq ölkələrindən və dünyanın digər nöqtələrindən olan dini alimlər, iş adamları, ictimai fəallar və Halal brendini verən qurumların nümayəndələrinin də qatıldığı iştirakçılar davamlı və etik həyat tərzi olaraq Halal brendinin genişləndirilməsi yolları haqqında fikir mübadiləsi aparıblar.

Sinqapurda yerləşən “Global Halal İnkişaf Ofis”–nin (UNWHD) rəhbəri Mohəmməd Cina forumun açılışında deyib: Dünya Halal gününün layihəsi İslam alimləri və mütəfəkkirləri tərəfindən hazırlanıb. Halal anlayışından bəzən qüsurlu nəticə çıxarılır. Halal- sırf heyvanların kəsim metodunu əhatə etmir, bir həyat tərzi olaraq bütövlükdə insan cəmiyyətini öz əhatəsinə ala bilər.

Ümumdünya Halal gününün müəyyən edilməsindən məqsəd halal yönümlü bir mühitin yaradılmasının asanlaşdırılması, hamı üçün ərzaq təhlükəsizliyi təmin etmək üçün səylər, aclığın aradan qaldırılması istiqamətində qlobal birlik, beynəlxalq insan cəmiyyətinin yaradılması və təbiətin, ekologiyanın qorunması qeyd edilir./

Google+ WhatsApp ok.ru