Hindistanda qiyməti iki qata qalxan pomidora silahlı mühafizəçi 26 İyul 2017 01:00 Dünya Hindistanın Madya Pradeş əyalətində pomidorun qiyməti sürətlə qalxınca, tərəvəz oğurluğunun qarşısını almaq üçün silahlı mühafizəçilər təyin edilib. Devi Ahilya Bai Holker tərəvəz-meyvə bazarında təyin edilən 6 mühafizəçi pomidorlar yük avtomobillərindən boşaldılarkən kiminsə yaxınlaşmasına imkan vermirlər. Hindistanda, ümumiyyətlə bu ay bir çox şəhərdə pomidor oğurluğu halları qeydə alınıb. Əslində bu il Madya Pradeşdə pomidorun məhsuldarlığı çox yüksək olub. İstehsal çoxluğu səbəbiylə qiymətlər həddən artıq ucuzlaşdığına görə, ötən ay bir çox istehsalçı pomidorları yollara tökmüşdü. "Pomidor da soğan kimi hökuməti devirə bilər" Lakin pomidorun mövsümünün başa çatması və şiddətli yağışların bəzi bölgələrdə məhsullara ziyan verməsi səbəbiylə bu ay qiymətlər qalxıb. Bir kilo pomidorun qiyməti bir ay əvvəllə müqyisədə iki dəfə artaraq 100 rupiyə (təqribən 2.62 manata) yüksəlib. India Today qəzetində yer alan bir yazıda, Hindistanda "soğanın hökumətləri devirəcək qədər əhəmiyyətli olduğuna" diqqət yönəldilərək pomidor qiymətlərinin də "hökümətə təhlükə yarada biləcəyi" bildirilib.(bbc) Teqlər : #Hindistanda qiyməti iki qata qalxan pomidora silahlı mühafizəçi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İordaniyada İsrail səfirliyinə hücum edən şəxsin dəfnində minlərlə insan iştirak etdi - VİDEO ABŞ: Nümayəndələr Palatası Rusiya ilə mübarizəyə dair qanun qəbul edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO