Hindistanda sərnişin qatarı fillərlə toqquşub 27 Avqust 2016 01:00 Dünya Tass-a istinadən verilən məlumata görə, Hindistanın şərqi Benqal ştatında sərnişin qatarı dəmiryolunu keçən fillərlə toqquşub. Nəticədə 3 fil ölüb. Sərnişinlərdən xəsarət alan olmayıb. Qeyd edək ki, bu dəmiryolu şəbəkəsində bu ilk belə hadisə deyil. Cari ilin may ayında analoji hadisəyə görə 4 heyvan həlak olmuşdu. Ümumiyyətlə, dəmiryollarında fillərin kütləvi ölümü barədə mütəmadi xəbərlər gəlir. Ekoloqlar bu heyvanların müdafiəsi üçün hökumətdən tədbir görmələrini, cəngəlliklərdən keçən xüsusi təhlükəli yollada baryerlərin qurulmasını tələb edirlər. Hindistanda xortumlular nəslinin bu nümayəndəsi üçün xüsusi qanunvericilik var, onların öldürülməsi və ovlanması qadağandır. Hər 5 ildən bir ekspertlər fillərin siyahıya alınmasını aparırlar. Növbəti siyahıya alma cari ilin oktyabr ayında başlayacaq. 2011-2012-ci illərin statistikasına görə, ölkədə 30 min fil olub. Halbuki, XX əsrin əvvəllərinndə bu göstərici 200 mindən artıq idi. (faktxeber) / Teqlər : #Hindistanda sərnişin qatarı fillərlə toqquşub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyada avtomobil məktəbliləri vurub, 9 nəfər yaralanıb İran Kəşfiyyat naziri: 1500 gənci İŞİD-ə qoşulmaq fikrindən daşındırdıq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO